“Cookie” fayllar siyasəti
“ÖzünÖyrən”-ə xoş gəlmişsiniz. “Cookie” fayllar siyasəti “cookie” anlayışının nə olduğunu, “cookie”-lərdən necə istifadə etdiyimizi və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa(998-IIIQ saylı Qanun), müəyyən hallarda Məlumatların Qorunması üzrə Ümumi Qaydalara(GDPR) və Məxfilik və Elektron Kommunikasiya Direktivi(PECD) qaydalarına uyğunluğunu izah edir.
“Cookie” anlayışının nə olduğunu, onları necə istifadə etdiyimizi, onların növləri (məsələn, “cookie”-lərdən istifadə edərək hansı məlumatları topladığımızı, həmin informasiyanın necə istifadə olunduğunu, “cookie”-lərin necə idarə olunduğunu və s.) haqqında daha ətraflı məlumat almaq üçün cari siyasəti oxumağınız tövsiyə olunur.
Fərdi məlumatlarınızı necə istifadə etməyimiz, təhlükəsiz şəkildə necə saxlamağımız haqqında ətraflı məlumat əldə etmək üçün, “Məxfilik Siyasəti” və “Məlumatların Qorunması üzrə Uyğunluq Qaydaları” ilə tanış olmağınız xahiş olunur. Suallarınız və ya şərhləriniz olduğu təqdirdə, zəhmət olmasa bizimlə əlaqə saxlayın.
“Cookie” nədir və onları necə istifadə edirik?
Ziyarət etdiyiniz əksər vebsaytlar kimi, bizim vebsaytımızda (bundan sonra "sayt") sizi saytımızın digər ziyarətçilərindən fərqləndirmək, yəni istifadəçi istəklərini yadda saxlamaq və idarə etmək, ziyarətçinin maraqlarına uyğun reklamlarla və kontentlə təmin etmək, analitika məqsədilə məlumatları toplamaq üçün “cookie”-lərdən və oxşar texnologiyalarından istifadə olunur. “Cookie” faylları saytı ziyarət etdiyiniz müddətdə sizdə xoş istifadə təcrübəsini formalaşdırmağa və saytımızı daha da təkmilləşdirilməsinə, yəni sizin saytdan gələcəkdə daha səmərəli istifadənizin təmin olunmasına kömək edir.
“Cookie”lər
“Cookie”lər vebsayta daxil olduğunuz zaman formalaşan və ya veb səhifəyə bərkidilmiş mövcud kiçik həcmli məlumatlardan ibarət mətn fayllarıdır və bu fayllar sizin internet brauzerin yaddaşında saxlanılır. “Cookie”lər daha sonra hər növbəti sayt ziyarətində mənbə vebsaytına və ya “cookie” tərəfindən tanınan hər hansı digər vebsayta göndərilə bilər. “Cookie”lər faydalıdır, çünki onlar istifadəçinin cihazının tanınmasına və görüləcək iş və seçimlərin zamanla orada yerləşdirilməsinə imkan yaradır və beləliklə istifadəçinin sayta daha öncəki ziyarəti zamanı etdiyi müəyyən əməliyyatların təkrarən edilməsinin qarşısını alaraq vaxta qənaət edir.
İstifadə etdiyimiz “cookie”lərə və digər oxşar texnologiyalara icazəsiz girişlərin qarşısını almaq üçün mümkün olan sahələrdə tərəfimizdən təhlükəsizlik tədbirləri görülmüşdür və istifadəçinin unikal identifikatoru yalnız bizim və ya bizim səlahiyyətli xidmət provayderlərinin “cookie” məlumatlarından istifadə etməsinə icazə verir.
Bəzi növ “cookie”lərin istifadəsi üçün sizin razılığınız tələb olunur (aşağıda izahı verilən vacib növ olan “cookie”ləri çıxmaq şərtilə). Siz istənilən vaxt vebsayta daxil olduğunuz zaman ekrana çıxan “Razılıq Banneri”-də seçim etməklə və ya brauzerinizdə “cookie” parametrlərini dəyişdirməklə “cookie”-lərdən imtina edə bilərsiniz.
“Cookie”lər haqqında ətraflı məlumat, o cümlədən cihazınızda hansı “cookie”lərin yerləşdirilməsi və onları necə idarə etmək və ya silmək barədə məlumatı www.aboutcookies.org və www.youronlinechoices.eu saytlarına daxil olaraq əldə edə bilərsiniz.
Veb Mayaklar
Veb mayakları (həmçinin internet teqləri, piksel teqləri və şəffaf GIF kimi tanınır) adətən səhifədə və ya e-poçtda yerləşdirilən şəffaf şəkillərdir. Veb mayaklar veb sayt istifadəçilərinin fəaliyyətlərini izləmək məqsədi ilə “cookie”lər ilə əlaqəli şəkildə istifadə olunur. Veb mayaklar veb səhifənin yükləndiyi kompüterin IP ünvanı, mayakın olduğu səhifənin URL-i, mayakın olduğu səhifəyə baxıldığı vaxt, səhifənin özü və istifadə edilən brauzerin növü kimi məlumatları əldə etmək üçün istifadə olunur. ÖzünÖyrən saytında və göndərdiyi e-məktublarda bu cür mayaklardan istifadə edilmir.
“Cookie” nə qədər qüvvədə qalır?
Biz yalnız brauzeriniz aktiv olduğu müddətcə cihazınızda yerləşən “cookie”lərdən və oxşar texnologiyalardan (sessiya “cookie”ləri) və daha uzun müddət ərzində cihazınızda qalan “cookie”lərdən və oxşar texnologiyalardan (daimi “cookie”lər) istifadə edirik. Bu texnologiyaları bloklamaq, silmək və ya söndürməkdə sərbəstsiniz. Siz “cookie” və parametrlərinizi brauzerinizdə və ya cihaz parametrlərində dəyişə bilərsiniz.
Veb saytda hansı növ “cookie”lərdən istifadə olunur?
Veb saytımızda müxtəlif növ “cookie”lərdən istifadə edirik. Baxmayaraq ki, onların əsas işləmə üsulu eynidir amma fərqlər də mövcuddur.
Əsas (Vacib) “cookie”-lər – Bunlar veb sayt əməliyyatları üçün vacib olan “cookie”lərdir. Bunlara, məsələn, vebsaytımıza daxil olarkən autentifikasiya məlumatlarını özündə ehtiva edən “cookie”lər daxildir. Sessiya və davamlı.
Funksional (Səmərəlilik) “cookie”-lər – Bunlar sizi və siz yenidən veb sayta daxil olduqda seçimlərinizi tanımaq üçün istifadə olunan “cookie”lərdir. Bu, bizə məzmunumuzu sizin üçün təkmilləşdirməyə və fərdiləşdirməyə, sizi adla salamlamağa və seçimlərinizi yadda saxlamağa imkan verir. Bundan əlavə, “cookie”lər veb-saytlara daxil edilmiş bəzi funksiyaların düzgün işləməsinə imkan verir. Sessiya və davamlı.
“Cookie”ləri idarə etmək və ləğv etmək
Veb saytımızdan ilk dəfə istifadə edəndə, “cookie” pəncərəsini görəcəksiniz. Əgər siz şərtləri qəbul etdikdən sonra veb saytdan istifadə etsəniz və ya bu bildirişi gördükdən sonra brauzerdə veb saytı açsanız, bu o deməkdir ki, siz “Cookie Siyasətinə” uyğun olaraq cihazınızda bu bəhs olunan “cookie” məlumatlarının yerləşdirilməsinə icazə verirsiniz.
Veb istifadəçilərin əksəriyyəti “Cookie”ləri qəbul edir. Bununla belə, siz adətən veb-brauzerinizi yeni “cookie”ləri rədd etmək, mövcud olanları söndürmək və ya yeniləri cihazınıza çatdırıldıqda sizi xəbərdar etmək üçün uyğunlaşdıra bilərsiniz. Əgər yuxarıda sadalanan “cookie”lərin istifadəsinə razı deyilsinizsə, lütfən, bu vebsaytdan hər hansı “cookie” məlumatlarının cihazınızda yerləşdirilməməsi üçün onları aşağıdakı təlimatlara uyğun olaraq deaktiv edin.
Bunu etmək üçün brauzer təlimatları ilə tanış olmaq vacibdir (adətən, "Kömək", "Alətlər" və ya "Dəyiş" başlıqlarının altında). Nəzərdə saxlayın ki, “cookie”lərdən imtina etdikdən və ya sildikdən sonra veb saytdakı bəzi funksionallıqlar itə bilər. Əgər “Cookie” və ya bir neçə “cookie”-ləri deaktiv etsəniz, “cookie” cihazınızdan silinməyəcək. Bunu özünüz brauzerdə etməlisiniz.
“Cookie”lərin istifadəsindəki dəyişikliklər
“Cookie”lərin istifadəsinə dair hər hansı dəyişiklik olarsa, burada və saytın digər lazımi bölmələrində yerləşdiriləcək, dəyişikliyi göstərən bildiriş veb saytda dərc olunacaq. Şəxsi məlumatlara dair prosesləri necə tənzimlədiyimizi öyrənmək, əlavə məlumat əldə etmək üçün, zəhmət olmasa bizim məxfilik siyasəti ilə tanış olun.