OzunOyren logo

ÖzünÖyrən” Kütləvi Açıq Onlayn Kurs platformasıdır.

İnformasiya Texnologiyalarını Sizə uyğun istənilən zamanda, dünyanın istənilən nöqtəsindən sərbəst şəkildə öyrənmənizə imkan yaradan Kütləvi Açıq Onlayn Kurs (MOOC) platformasıdır.

Əlçatan

Təhsil sərhəd tanımamalıdır. Dünyanın istənilən nöqtəsindən kursları dinləyə bilərsiniz.

Nailiyyətli

Gərgin zəhmət layiqli dəyərini almalıdır. Qazandığınız bilik və bacarıqlara sertifikat əldə edirsiniz.

Səriştə yönümlü

Ustalıq fəaliyyətlə qazanılır. Tək nəzəriyyə deyil, həm də praktiki təcrübə qazandırırıq.

Peşəkar müəllimlər

Keyfiyyətli təhsil müəllimlərdən başlayır. Peşəkarlığını sübut etmiş müəllimlərdən öyrənin.

Kurslarla tanış olun

Tezliklə
Pulsuz

Data Strukturları və Alqoritmlər

Alqoritmlər və Data Strukturları üzrə təməl biliklərdən bəhs edən bu kurs həm təcrübəli proqramçılar həm də bu sahəni yeni öyrənənlər üçün nəzərdə tutulmuşdur. Kursun hər bir bölməsi sizi həm nəzəri materiallarla tanış edir və həm də öyrəndiklərinizi tətbiq etmək üçün praktik məqamlara toxunur. Öyrəndiklərinizi möhkəmləndirmək üçün kursda verilmiş praktiki tapşırıqları yerinə yetirəcəksiniz. Kurs alqoritm və data strukturlarını, alqoritmlərin zaman mürəkkəbliyinin analizi və Big O notation anlayışı ilə yanaşı, qraflar, ağaclar, stek və növbələr kimi data strukturlarını və onlara tətbiq olunan klassik alqoritmlərlə sizi tanış edəcək.

Kursa yazıl
Tezliklə
29 AZN

Proqramlaşdırma hər kəs üçün

Bu kurs ixtisasından asılı olmayaraq hər kəsə proqramlaşdırmanın əsaslarını öyrənmək istəyənlər üçün yaradılmışdır. Kursun məqsədi gələcəkdə öz işlərini, proqramlaşdırmanın köməyi ilə, daha da səmərəli etmək üçün lazım olan bilikləri öyrətməkdir. Bu bilik və bacarıqlar müasir dövrdə istənilən ixtisas sahibləri üçün əlavə üstünlük gətirəcək. Proqramlaşdırmadan yararlanaraq bir çox işləri avtomatlaşdırmaq, müxtəlif məlumatları analiz etmək və bu zəmindən olan işlər görmək mümkündür. Kursda tələbələr verilənlərin işlənməsi, dövrlər, şərtlər, sadə data struktruları və data analitikası üçün ilkin biliklərə yiyələnəcəklər. Həmçinin APİ-lar, data əsasında qrafiklərin vizuallaşdırılması kimi praktiki məsələlər də kursda öz əksini tapmışdır. Tapşırıqların yerinə yetirilməsi üçün Python dilindən istifadə olunacaq. Python dili hazırda geniş yayılmış və öyrənilməsi daha asan dil olmaqla fərqli sahələrdə istifadə edilir. Belə ki, Python dili Data analitikası, Süni intellekt, oyun proqramlaşdırması, veb xidmətlərin yaradılması, bioinformatika, iqtisadiyyat, riyazi proqramlaşdırma kimi sahələrdə geniş istifadə edilir. Tələbələr kurs boyu geniş yayılmış peşəkar alət və kitabxanalar olan PyCharm, VS Code, Jupyter Lab, Pandas, Numpy, Matplotlib və s. ilə tanış olacaq, onlardan istifadə edərək peşənizə aid praktiki işləri görməyi öyrənəcəklər. Kurs yaşından, təcrübəsindən, ixtisasından asılı olmayaraq proqramlaşdırma ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur.

Kursa yazıl
Pulsuz

AppInventor ilə Android proqramlaşdırma

Müasir zəmanədə smartfon yəqin ki, ən çox istifadə edilən cihazdır. Əminəm ki, hər gün bəlkə də hər dəqiqə smarfonunuzdakı fərqli tətbiqlərdən yararlanırsınız. Bəziləriniz dostlarınızla ünsiyyət qurur, bəziləriniz bank hesabınızdan köçürmə edirsiniz, bəziləriniz oyun oynayır, və bu kimi fərqli işləri görmək üçün smartfornunuzdakı tətbiqlərdən istifadə edirsiniz. AppInventor platforması blok-proqramlaşdırması vasitəsilə mobil telefonlar üçün tətbiqlərin yaradılmasına xidmət edir. Bu platforma Google şirkəti və Massaçusets Texnologiya İnstitutu tərəfindən yaradılmışdır. Biz bu kursda sizə AppInventor-un köməyi ilə mobil tətbiqlərin necə yaradıldığını öyrədəcəyik.

Kursa yazıl
Pulsuz

Python-da ilk addımlar

Python dili müasir zamanda ən geniş yayılmış proqramlaşdırma dillərindən biridir. İstər oyun proqramlaşdırmasında, istər süni intellekt araşdırmalarında, istərsə də veb xidmətlərin yaradılmasında kifayət qədər çox istifadə edilir. Təbii ki, onun tətbiq sahələri bununla da məhdudlaşmır. Bu kurs sizə Python dili ilə proqramlaşdırma sahəsində ilk addımlarınızı atmağa kömək edəcəkdir. İlkin mərhələdə sadə proqramları mənimsəməyə başlayaraq növbəti addımlarda lazımi mövzular haqqında daha ətraflı öyrənəcəksiniz.

Kursa yazıl
Pulsuz

HTML və CSS ilə veb proqramlaşdırmaya giriş

Veb proqramlaşdırma ilə maraqlanırsınız və heyrətamiz veb saytlar yaratmağı öyrənmək istəyirsiniz? Elə isə bu kurs sizin üçündür.Bu kurs internetin təməl dillərini: HTML və CSS-i mənimsəmək istəyən yeni başlayanlar və orta səviyyədə öyrənənlər üçün nəzərdə tutulmuşdur. İlkin modullarda siz veb səhifələrin yaradılması üçün təməl texnologiya olan HTML-in əsaslarını, yəni əsas teqləri, onların atributlarını və səhifələri düzgün strukturlaşdırmağı öyrənəcəksiniz.

Kursa yazıl
Pulsuz

AppInventor ilə iOS proqramlaşdırma

Müasir zəmanədə smartfon yəqin ki, ən çox istifadə edilən cihazdır. Əminəm ki, hər gün bəlkə də hər dəqiqə smarfonunuzdakı fərqli tətbiqlərdən yararlanırsınız. Bəziləriniz dostlarınızla ünsiyyət qurur, bəziləriniz bank hesabınızdan köçürmə edirsiniz, bəziləriniz oyun oynayır, və bu kimi fərqli işləri görmək üçün smartfornunuzdakı tətbiqlərdən istifadə edirsiniz. AppInventor platforması blok-proqramlaşdırması vasitəsilə mobil telefonlar üçün tətbiqlərin yaradılmasına xidmət edir. Bu platforma Google şirkəti və Massaçusets Texnologiya İnstitutu tərəfindən yaradılmışdır. Biz bu kursda sizə AppInventor-un köməyi ilə mobil tətbiqlərin necə yaradıldığını öyrədəcəyik.

Kursa yazıl

Motivasiya və yarış ruhu: “Bebras” təcrübəsi

Fevral 7, 2025

“Bebras” müsabiqəsi kimi yarışmalar şagirdlərdə alqoritmik düşüncə və problem həlli üzrə vərdişlərin formalaşması üçün maraq oyadır, onların yaradıcılığını inkişaf etdirir və ən əsası, şagirdlərdə yarış mənasında dözümlülüyün və iradəli olmağın gözəl nəticələr verə biləcəyini öyrədir.

“Bebras“ informatika və alqoritmik düşüncə müsabiqəsi yekunlaşıb

Dekabr 12, 2024

Cari il üzrə müsabiqədə ölkə üzrə rekord sayda 69 şəhər və rayondan 376 məktəbi təmsil edən 17564 şagird iştirak edib.

“Bebras İnformatika və Alqoritmik düşüncə müsabiqəsi”nin yarımfinal mərhələsi keçiriləcək

Noyabr 27, 2024

Azərbaycan Respublikasının Təhsil İnstitutunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilati dəstəyi və “ÖzünÖyrən” MMC-nin rəsmi təşkilatçılığı ilə informatika və rəqəmsal inkişafın təbliğinə yönələn “Bebras” müsabiqəsi keçiriləcək.

Proqramçı olmaq istəyən gənc tələbələrə tövsiyələr

Noyabr 6, 2024

Ali məktəb peşənizdə kompetent olmaq üçün çox şey verməyəcək. Onu özünüz haradansa tapıb öyrənməlisiniz.

Qeyri-səlis məntiq və onun yaradıcısı haqqında səlis söhbət

Fevral 23, 2024

“Bir gün səhər oyandım və başa düşdüm ki, elm lazım olan tərəfə getmir”. Bart Koskonun “Qeyri-səlis təfəkkür” (“Fuzzy Thinking”) kitabından

Digər faəliyyətlərimiz

Əməkdaşlıq

Sizin bilik və təcrübəniz başqaları üçün ilham mənbəyi ola bilər. Biliklərinizi paylaşaraq, insanlara maraqlarını kəşf etməyə, yeni bacarıqlar qazanmağa və karyeralarını inkişaf etdirməyə dəstək olmaq istəyirsinizmi?

ÖzünÖyrən sizi öz kurslarınızı yaratmağa və geniş auditoriyalara çatdırmağa dəvət edir. Biz bu yolda sizin yanınızdayıq! Məzmunun hazırlanmasından tutmuş, maraqlı və interaktiv tapşırıqların yaradılmasına, innovativ texnologiyaların tətbiqinə və peşəkar video çəkilişlərinə qədər hər mərhələdə sizə tam dəstək göstəririk.