OzunOyren logo

"Cookie" fayllar siyasəti

“Cookie” fayllar siyasəti “cookie” anlayışının nə olduğunu və ÖzünÖyrən platformasında “cookie”-lərdən necə istifadə etdiyimizi izah edir.

“Cookie”lərin nə olduğu, istifadəsi və növləri barədə daha ətraflı məlumat almaq üçün bu siyasətlə tanış olmağınız tövsiyə olunur.

Fərdi məlumatlarınızı necə istifadə etməyimiz, təhlükəsiz şəkildə necə saxlamağımız haqqında ətraflı məlumat əldə etmək üçün, “Məxfilik Siyasəti” ilə tanış olmağınız xahiş olunur. Suallarınız və ya şərhləriniz olduğu təqdirdə, zəhmət olmasa bizimlə əlaqə saxlayın.

Ziyarət etdiyiniz əksər vebsaytlar kimi, bizim vebsaytımızda (bundan sonra "sayt") sizi saytımızın digər ziyarətçilərindən fərqləndirmək və kursları dinləyərkən nəticələrinizi yadda saxlamaq üçün “cookie”-lərdən və oxşar texnologiyalarından istifadə olunur. Oxşar texnologiyalar dedikdə, bəzi məlumatlarınızın brauzerinizdə (məs., Google Chrome, Edge, Firefox, Safari və s.) saxlanmasını təmin edən mexanizmlər nəzərdə tutulur. “Cookie” faylları saytı ziyarət etdiyiniz müddətdə sizdə dolğun istifadəçi təcrübəsini formalaşdırmağa və saytımızı daha da təkmilləşdirilməsinə, yəni sizin saytdan gələcəkdə daha səmərəli istifadənizin təmin olunmasına kömək edir.

Saytımızın bəzi bölmələri üçün üçüncü tərəf xidmətlərindən istifadə edirik. Bunlara nümunə olaraq Google Analytics, Vimeo, YouTube və s. göstərmək olar. Bu sistemlər də öz növbəsində "cookie" və oxşar texnologiyalar ilə istifadəçi istəklərini yadda saxlamaq və idarə etmək, ziyarətçinin maraqlarına uyğun reklamlarla və kontentlə təmin etmək, analitika məqsədilə məlumatları toplamaq xüsusiyyətlərinə malik ola bilər. Bu sistemlərin fəaliyyətinə və istifadəçi məlumatlarının emalına görə ÖzünÖyrən MMC məsuliyyət daşımır. O sistemlərin "cookie" siyasətləri ilə sistemlərin öz veb saytlarından tanış ola bilərsiniz.

İstifadə etdiyimiz “cookie”lər iki növə ayrılır: brauzeriniz aktiv olduğu müddətdə fəaliyyət göstərən və daha uzun müddət cihazınızda saxlanılan “cookie”lər. Bu texnologiyaları bloklamaq, silmək və ya söndürməkdə sərbəstsiniz. Siz “cookie” və parametrlərinizi brauzerinizdə və ya cihaz parametrlərində dəyişə bilərsiniz.

“Cookie”lərin istifadəsindəki dəyişikliklər

“Cookie”lərin istifadəsinə dair siyasətimizdə hər hansı dəyişiklik edilərsə, bu səhifədə və saytın digər uyğun bölmələrində yenilənmiş versiya dərc ediləcək. Dəyişikliklər barədə ayrıca bildiriş təqdim edilə bilər.

Son yenilənmə: 29 Yanvar 2025-ci il