Məxfilik siyasəti
Bu sənəd 'ÖzünÖyrən' platforması və ona məxsus www.ozunoyren.com və onun alt-domenlərində blog.ozunoyren.com, lectures.ozunoyren.com, learn.ozunoyren.com yerləşmiş resurslar ilə əlaqədar məxfilik siyasətindən bəhs edir.
Bu məxfilik siyasətində 'ÖzünÖyrən' platformasının və üçüncü tərəflərin istifadəçi məlumatlarını necə topladığı, saxladığı və emal etdiyi izah edilir. Fərdi məlumatların emalı Azərbaycan Respublikasının qanunlarına, xüsusən də Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununa (998-IIIQ saylı Qanun) və, tətbiqi nəzərdə tutulduğu hallarda, Məlumatların Qorunması üzrə Ümumi Qaydalara(GDPR) uyğun olaraq həyata keçirilir. Hər hansı sualınız yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.
Məlumatların saxlanması və emalı
İstifadəçilər platformada qeydiyyatdan keçərkən onların məlumatlarının bu siyasətə müvafiq olaraq istifadə olunmasına razılıqlarını bildirirlər. Beləliklə sistemlərimizdə fərdi məlumatlarının emalı istifadəçinin razılığı ilə həyata keçirilir.
Sistemlərimizi inşa edərkən fərdi məlumatlarınızın təhlükəsizliyinə xüsusi əhəmiyyət veririk. Buna görə də, məlumat itkisinin və ya üçüncü şəxslər tərəfindən məlumatların yerli qanunvericiliyə zidd olaraq kənar istifadəsinin qarşısını effektiv şəkildə almaq üçün biz bizim texniki infrastrukturda saxlanılan məlumatlarınızı müvafiq texniki və təşkilati tədbirlərin köməyi ilə mühafizə edirik.
Sizin fərdi məlumatlarınızı qorumaq üçün sizin kompüter ilə veb-serverlər arasındakı məlumat mübadiləsi şifrələnmiş formada həyata keçirilir. Bunun üçün Sizin İnternet brauzeriniz vasitəsilə bağlantı yaratmaq üçün biz SSL (Secure Socket Layer) protokolundan istifadə edirik. Siz bunu SSL bağlantısı qurulduqdan sonra brauzerinizdə göstərilən qıfıl simvolundan müəyyən edə bilərsiniz.
Bir prinsip olaraq yalnız veb-saytın funksionallığını təmin etmək, materiallarımızı və xidmətlərimizi təqdim etmək üçün tələb olunacaq qədər istifadəçilərimizin fərdi məlumatlarını saxlayırıq. Verilənlər bazalarında gərəkdiyindən artıq heç bir fərdi məlumatlar saxlanılmır.
Məlumat subyektinin fərdi məlumatlarının saxlanma məqsədi qüvvəsini itirən kimi, həmin məlumatlar silinir. Azərbaycan Respublikasının qanunvericiliyi və digər normativ hüquqi aktlarla nəzərdə tutulan hallarda fərdi məlumatlar nəzərdə tutulan vaxtdan daha uzun müddət saxlanıla bilər. Müqavilənin bağlanması və ya icrası məqsədilə məlumatların daha uzun müddət ərzində saxlanılmasına ehtiyac yarandığı hallar istisna olmaqla, məlumatlar yuxarıda qeyd olunan hallarda nəzərdə tutulmuş saxlanma müddəti başa çatdıqdan sonra silinir.
Bizim əsas əməliyyatlarımız Microsoft Azure bulud xidmətində, xüsusilə Polşa və Almaniyadakı məlumat mərkəzlərində həyata keçirilir. Sizin fərdi məlumatlarınız əsasən bu ölkələrdə emal edilir və saxlanılır.
Bizimlə əlaqə
Biz öz istifadəçilərimizə istənilən sualla bağlı bizimlə əlaqə saxlamaq imkanını təqdim edirik. Bunu etdikdə, sorğunun kimdən gəldiyini öyrənə və onu cavablandıra bilməmiz üçün istifadəçi bəzi fərdi məlumatlarını təqdim etməlidir. Əlavə məlumatlar könüllü şəkildə təqdim edilə bilər. Bizimlə əlaqə saxlamaq məqsədilə təqdim edilən məlumatların emalı sizin könüllü olaraq verdiyiniz razılıq əsasında həyata keçirilir.
Bu Məxfilik siyasəti ilə bağlı istənilən şərhlər və ya sorğular bizə ünvanlandırılmalıdır. Əgər siz bizim bu Məxfilik siyasətinə əməl etmədiyimizi və ya məlumatların mühafizəsi qanununa zidd şəkildə hərəkət etdiyimizi düşünürsünüzsə, sizdən bu barədə bizə məlumat verməyinizi xahiş edirik.
Sosial şəbəklərdə onlayn təmsil olunma
Biz öz qanuni maraqlarımız çərçivəsində sosial şəbəkələrdə onlayn təmsil olunmaq üçün müvafiq fəaliyyətlər göstəririk. Bizim sosial şəbəkələrdə və platformalarda onlayn təmsil olunmağımızın məqsədi – müştərilər, maraqlı tərəflər və orada aktiv olan istifadəçilərlə əlaqə qura bilmək və xidmətlərimiz barədə onları məlumatlandırmaqdır. Müvafiq şəbəkələrdən və platformalardan istifadə edildikdə, onların müvafiq operatorların qayda və şərtləri, eləcə də məlumatların emalına dair təlimatları tətbiq edilir. İstifadəçilər sosial şəbəkələr və platformalar vasitəsilə bizimlə əlaqə yaratdıqda, məsələn, bizim onlayn profillərimizdə yazılar yazdıqda və ya bizə mesaj göndərdikdə, həmin sosial şəbəkə xidməti tərəfindən təqdim edilən məxfilik siyasəti tətbiq edilir.
Xəbər bülleteni
Veb-saytımızda qeydiyyatdan keçdikdə bizim xəbər bülletenimizə abunə olmaq imkanı təqdim edilir. Xəbər bülleteni sizə cari və gələcəkdə görəcəyimiz işlərimizi, eləcə də bizimlə bağlı digər xəbərləri öyrənməyə imkan verir. Bülletenə abunə olmaq üçün bizə sizin adınız, soyadınız və e-poçt ünvanınız istifadə edilir. Biz sizin adınızı sizə fərdi qaydada müraciət etmək üçün istifadə edirik. Qeydiyyat formasını göndərdikdən sonra siz bizdən təsdiq məktubunu alacaqsınız. Qeydiyyat yalnız siz təsdiq məktubundakı linki açdıqdan sonra qüvvəyə minəcək. Siz istənilən vaxt bülletenə abunəlikdən çıxa bilərsiniz. Bunun üçün sadəcə olaraq hər bir məktubun sonundakı “abunəlikdən çıx” linkindən istifadə edin. Bunu etdikdən sonra sizin e-poçt ünvanınız məktub göndərişləri sistemindən silinəcəkdir.
Kurslarımızın alışı və digər ödəniş xidmətləri
Biz üçüncü tərəf şirkətlərinin ödəniş xidmətlərini istifadə edirik. Bizdən alış-veriş etdiyiniz zaman sizin ödənişlə bağlı məlumatlarınız (məsələn, ad, ödəniş məbləği) ödənişin emalı məqsədilə üçüncü tərəf ödəniş xidməti provayderi tərəfindən emal olunur. 'ÖzünÖyrən' platforması heç bir halda kart məlumatlarını saxlamır və ya emal etmir. Bütün ödəniş əməliyyatları təhlükəsiz ödəniş provayderləri vasitəsilə həyata keçirilir.
Biz sizin fərdi məlumatlarınızı hansı hallarda açıqlaya bilərik?
Biz sizin məlumatlarınızı bu məxfilik siyasətində təsvir olunan xidmətləri təqdim etməkdə bizə kömək edən və bu veb-saytı və bizim xidmətlərimizi dəstəkləmək üçün bu məlumatları bizim adımızdan və bu siyasətə uyğun olaraq emal etmək hüququna malik olan təşkilatlarla paylaşa bilərik. Bu yalnız qanuni icazə əsasında edilə bilər (məsələn, məlumatlar ödəmə xidməti provayderləri kimi üçüncü tərəflərə ötürüldükdə).
Biz məlumatlarınızı yalnız sizin razılığınız əsasında, qanuni tələblərə uyğun və ya platformamızın təhlükəsizliyini təmin etmək üçün açıqlaya bilərik. Bu, məsələn, hüquq-mühafizə orqanlarının tələbi və ya qanuni istintaq zamanı baş verə bilər.
Məlumatlarınız həmçinin digər hallarda da açıqlana bilər, məsələn, siz buna razılıq verdiyiniz halda və ya qanun, məhkəmə qərarı, xüsusi xidmət orqanları və ya tənzimləyici orqan bizdən bunu tələb etdiyi halları misal göstərmək olar. Biz bunu həmçinin fırıldaqçılığın və ya cinayətin qarşısının almaq məqsədilə və ya əməkdaşlarımızın, veb-saytın və onun istifadəçilərinin hüquqlarını, əmlakını və ya şəxsi təhlükəsizliyini qorumaq və müdafiə etmək zərurəti yarandığı hallarda da edə bilərik.
Məlumat subyektinin hüquqları
Sizin aşağıdakı hüquqlarınız var:
- fərdi məlumatlarınızın necə emal olunduğu haqda məlumat almaq
- sizə aid saxlanılan fərdi məlumatları əldə etmək
- səhv, qeyri-dəqiq və ya natamam fərdi məlumatların düzəldilməsini xahiş etmək
- fərdi məlumatlara daha ehtiyac olmadıqda və ya onların emalı qeyri-qanuni olduqda onların silinməsini tələb etmək
Mənim Fərdi Məlumatlarımı Satmayın
Biz heç bir halda istifadəçilərimizin fərdi məlumatlarını kommersiya məqsədilə satmırıq və ya paylaşmırıq.
Kənar resurslara linklər
Bizim veb-saytımız üçüncü tərəflərə aid resurslara yönləndirən linklər ehtiva edə bilər. Nəzərinizə çatdırırıq ki, bu resurslar 'ÖzünÖyrən' platformasının nəzarətində deyil və onların məxfilik siyasətinə cavabdeh deyilik.
Məxfilik siyasətində dəyişikliklər və yeniləmələr
Sizdən məxfilik siyasətimizin məzmunu ilə mütəmadi olaraq tanış olmağınızı xahiş edirik. Məlumatların emalı ilə bağlı fəaliyyətlərimizdə dəyişikliklərin edilməsinə zərurət yarandıqca, biz məxfilik siyasətində düzəlişlər edəcəyik. Dəyişikliklər sizin tərəfinizdən hər hansı bir qarşılıqlı fəaliyyət (məsələn, razılıq) və ya başqa hər hansı bir fərdi məlumatlandırma üsulunu tələb edəcəyi halda, biz sizə bu barədə məlumat verəcəyik.
Son yenilənmə: 29 Yanvar 2025-ci il